00:00:00
Yazar
Admin User
28.06.2025 19:41 184 1 dəq oxuma
Dünya

Rəsmi Bakı Rusiya Baş nazirinin müavini qəbul etməkdən imtina edib

Rəsmi Bakı Rusiya Baş nazirinin müavini qəbul etməkdən imtina edib

 

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iyunun sonuna planlaşdırılan Azərbaycana səfəri ləğv edilib.

 

"İnformator.az"  "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat daxil olub.

 

Məlumata görə, səfərin təxirə salınmasına səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsi hadisəsi olub.


Mənbələrin bildirdiyinə görə, hazırkı vəziyyətdə Azərbaycan tərəfi Overçukun və ya digər Rusiya rəsmilərinin səfərini məqsədəuyğun hesab etmir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər