00:00:00
Yazar
Admin User
24.09.2025 18:07 96 2 dəq oxuma
Siyasət

Ruanda Prezidenti: Azərbaycan bəzi hədəflərə çatmaqda bizdən irəlidədir

Ruanda Prezidenti: Azərbaycan bəzi hədəflərə çatmaqda bizdən irəlidədir

Ruanda ilə Azərbaycan dövləti arasında əməkdaşlığın qurulması 2004-cü ildən başlasa da, dövlətlərarası əlaqələr bir o qədər də geniş inkişaf etməmişdir. 

 

 

Məsələ ilə bağlı politoloq Taleh Əliyev "informator.az"a açıqlamasında bidlirib ki, son illər isə bu istiqamətdə müəyyən irəliləyişlər nəzərə çarpır:

 

" Xüsusilə də Rundanın Azərbaycanda maraq göstərdiyi sahə Azərbaycanda elektron hökumət sisteminin təşəkkül tapması və bunun ən uğurlu layihəsi olan ASAN xidmət modelinin öyrənərək Ruandada tətbiq edilməsidir. Düşünürəm ki, Ruanda prezidentinin Azərbaycanın bəzi məsələlərdə öndə olmasını ifadə etməsi məhz rəqəmsal inkişafla bağlı olan uğurlarda göstəricilərdir və bu baxımdan da qeyd etdiyim kimi, artıq Ruanda Azərbaycan təcrübəsinin öyrənilməsi istiqamətində Azərbaycanda mövcud olan ASAN Xidmətlə müvafiq anda qurumları arasında müəyyən məsləhətləşmələr həyata keçirilir. Bundan sonrakı inkişafın əsas istiqaməti heç şübhəsiz ki, Ruandanın Azərbaycanda ən çox maraq göstərdiyi texnoloji rəqəmsal sahənin öyrənilməsi olacaqdır. Amma Ruanda ilə Azərbaycanı müqayisə etmək doğru olmazdı. Çünki kiçik Afrika ölkəsi olan Ruandanın ərazisi Azərbaycandan iki dəfə kiçikdir. Təxminən 26 000 km² ərazisi var. Amma əhalisi Azərbaycan əhalisindən bir qədər çoxdur. 14 milyona yaxın vətəndaşı var ". 

 

Həmçinin ekspert vurğulayır ki, ölkə iqtisadiyyatının əsas istiqamətini kənd təsərrüfatı təşkil edir:

 

" Xüsusilə də ixrac məhsulları çay, kofe və digər ənənəvi Afrika kənd təsərrüfatı məhsullarıdır. Amma bununla belə, son illər Afrikada inkişaf etməyə meyilli, daha çox texnoloji sahələrə və turizmin inkişafına maraq göstərən bu sahələri inkişaf etdirən ölkələrdən biri kimi Ruanda özünü göstərir və bu baxımdan da Ruandanın özünə nümunəvi bir dövlət modeli olaraq Azərbaycanı seçməsi Azərbaycanda tətbiq olunan elektron idarəçiliyə istinad etməsi bu Azərbaycanın artıq uğuru kimi də qiymətləndirilə bilər və Azərbaycan təcrübəsinin Ruandanın qismində öyrənilməsi bu artıq gələcəkdə digər ölkələrin də Azərbaycan təcrübəsinə istinad etməsinin prezidentinin yaradılması kimi başa düşülməlidir ". 

 

 

Gülcan Salahova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər