00:00:00
Yazar
Admin User
23.10.2025 04:49 126 1 dəq oxuma
Dünya

Rubio ABŞ-nin Rusiya rəsmiləri ilə görüşməyə hazır olduğunu deyib

Rubio ABŞ-nin Rusiya rəsmiləri ilə görüşməyə hazır olduğunu deyib

Vaşinqton administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə verəcəyi təqdirdə, Rusiya rəsmiləri ilə görüşməyə hazırdır.

 

"İnformator.az" xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.

 

"Biz hələ də Rusiya tərəfi ilə görüşmək istəyirik", - deyə o vurğulayıb. "Rusiya xarici işlər naziri Sergey Lavrovla yaxşı telefon danışığım oldu. Biz bu əsasda işi davam etdirəcəyik", - dövlət katibi əlavə edib. "Əgər sülhə nail olmaq imkanı varsa, biz həmişə bu cür təmaslarda maraqlı olacağıq", - deyə Rubio bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər