00:00:00
Yazar
Admin User
25.08.2025 16:52 180 2 dəq oxuma
Dünya

Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir

Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir

ABŞ dövlət katibi Marko Rubio Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib və Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinə ümid etdiyini bildirib. O əlavə edib ki, Vaşinqton hər iki ölkənin dinc və firavan gələcəyi naminə Kiyevlə iqtisadi və təhlükəsizlik sahələrində tərəfdaşlığını daha da inkişaf etdirməyi səbirsizliklə gözləyir.

 

 

Bu məsələ ilə bağlı politoloq Tural irfan "İnformator.az"a açıqlamasında bildirib ki,Ukrayna əslində Avropa Birliyi və ABŞ-ə güvənib bu müharibəyə qoşulub:

 

 

"Təbii ki, Rusiya və Ukrayna arasında hazırda müharibə davam edir və danışıqların da de-fakto hələ ki, müsbət bir nəticəsi yoxdur. ABŞ-nin müəyyən təşəbbüslər göstərməsi, sülhə vasitəçilik etmə cəhdləri də faydasızdır. Ona görə ki, daha təsirli rıçaqlardan və vasitələrdən istifadə etmir. Çünki, özü Rusiya ilə əlaqələrini qorumaqda maraqlıdır. Lakin bu da Ukraynanın viran olmasına gətirib çıxarır. Ukrayna əslində Avropa Birliyi və ABŞ-yə güvənib bu müharibəyə qoşulub. Hazırda isə sonuncuların Rusiyaya qarşı təsirsiz davranışları Ukraynanın bu savaşı uduzmasına gətirib çıxarıb Rusiya tutduğu torpaqlardan çəkilməmək şərti ilə sülhə getməyi təklif edir ki, bunu da həm Zelenskinin həm də xalqın qəbullanması sual altındadır. Mümkündür ki, Prezidentin razılaşması onun hakimiyyətdən getməsinə qədər gətirib çıxara. Ukrayna isə Avropa Birliyinin qoşunlarının yerləşdirilməsini irəli sürə bilər. Buna da Rusiya qəti etiraz etməklə yanaşı ümumiyyətlə həll yolunu bunda görmür. 

 Beləliklə sülh prosesinə keçid üçün əvvəlcə Rusiya bütün işğal etdiyi torpaqlardan ya birdəfəlik ya da tədricən çıxmalıdır. Ukraynanın güzəştə gedəsi bir tərəfi yoxdur. Güzəşt işğalçı tərəfdən olmalıdır. Onu da buna məcbur edəcək təsirlər olmalıdır. Bu təsirləri də Avropa Birliyi və ABŞ etməlidir. Əks halda, Rusiya işğal etdiyi torpaqları azad etmədən sülh çətin görünür. Əgər bu baş tutsa belə kövrək olacaq və Ukraynanın da tam məğlubiyyəti kimi qəbul ediləcək. Nəticədə isə ABŞ və Avropa Birliyi ölkələri də məğlub olmuş sayılacaq. Bu da Rusiya hegemonluğunun əli çatdığı bütün yerlərdə daha sərt formada irəliləyişinə aparacaq. Ukraynanın məğlubiyyəti təkcə özünün yenilməsi deyil, onun arxasında duran güclərin yenilməsi deməkdir. Hesab edirəm ki, bütün beynəlxalq güclər Rusiyanı tutduğu torpaqlardan geri çəkilməyə vadar etməlidir".

 

 

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər