00:00:00
Yazar
Admin User
25.09.2025 18:40 186 2 dəq oxuma
Siyasət

Rubio Moskvanı müharibəni bitirməyə çağırıb

Rubio Moskvanı müharibəni bitirməyə çağırıb

ABŞ senatoru Marko Rubio Moskvanı Ukraynada davam edən müharibəni mümkün qədər tez dayandırmağa çağırıb. Onun sözlərinə görə, münaqişənin uzanması regionda sabitliyi daha da sarsıdır və yeni təhlükələr yaradır.

 

Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, görünən görə, bu münaqişə tez bitməyəcək:

 

"Nəzərə alsaq ki, cənab Trump Rusiyanı “kağız dövlət” adlandırıb, digər tərəfdən də cənab Ərdoğan bəyan edib ki, Rusiya–Ukrayna müharibəsinin yaxın günlərdə sona çatması ehtimalı çox azdır. Yəni, onun fikri bundan ibarətdir ki, Ərdoğan təşəbbüskar olaraq Putinin və Zelenskinin görüşünü Türkiyədə keçirmək istəyir. Lakin yaxın günlərdə bunun baş verməsi ehtimalı xeyli uzaq görünür. Belə ki, Rusiya ordusu Ukrayna ərazilərində irəliləməyə davam edir. Digər tərəfdən isə tərəflərin sülh sazişinə yaxınlaşması kifayət qədər təzadlıdır".

 

Ekspert həmçinin bunu da bildirib ki, Rusiya tərəfi istəyir ki, əvvəlcə sülh müqaviləsi bağlansın, sonra atəşkəs elan olunsun:

 

"Ukrayna isə əksinə, əvvəlcə atəşkəsin elan olunmasını, daha sonra sülh müqaviləsinin imzalanmasını istəyir. Bu məsələdə iki liderin görüş yeri barədə də fikirlər üst-üstə düşmür. Putin Zelenskini Moskvaya dəvət edir, Zelenski isə Moskvaya getmək istəmir və görüşün başqa yerdə keçirilməsini təklif edir. Bir sözlə, tərəflər arasında kifayət qədər fikir ayrılıqları mövcuddur. Ona görə də bu münaqişənin yaxın vaxtlarda bitməsi ehtimalı çox azdır. Bundan əlavə, Avropa Birliyinin Rusiyaya qarşı 19-cu sanksiya paketi də artıq tətbiq olunub ki, bu da vəziyyəti daha da gərginləşdirir. Nəticədə, döyüşlərin davam etməsi gözlənilir".

 

Güllər Gülhüseynova

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər