00:00:00
Yazar
Admin User
29.11.2025 05:34 111 1 dəq oxuma
Dünya

Rubio NATO xarici işlər nazirlərinin görüşündə iştirak etməyəcək

Rubio NATO xarici işlər nazirlərinin görüşündə iştirak etməyəcək

ABŞ Dövlət katibi Marko Rubio dekabrın 3-də Brüsseldə keçiriləcək NATO ölkələrinin xarici işlər nazirlərinin görüşünü buraxmağı planlaşdırır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən yazıb.

 

Agentliyin həmsöhbətlərindən biri bildirib ki, görüşə Dövlət Departamentinin rəhbəri əvəzinə onun müavini Kristofer Landau qatıla bilər. Dövlət katibinin görüşü niyə buraxmağı planlaşdırdığı isə məlum deyil.

 

"Reuters" qeyd edib ki, NATO XİN sammitində dövlət katibinin iştirak etməməsi "son dərəcə qeyri-adi hal"dır. Sonuncu dəfə dövlət katibinin səfəri 2017-ci ildə, vəzifəni Reks Tillerson icra edərkən müzakirə olunmuşdu. O zaman görüş onun qrafikinə uyğunlaşdırmaq üçün təxirə salınmışdı.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər