00:00:00
Yazar
Admin User
24.08.2025 10:12 92 1 dəq oxuma
Dünya

Rumıniya dağlarında 4 nəfər ölüb, 11 nəfər yaralanıb

Son 24 saat ərzində Rumıniyada dağlıq ərazilərdə azı dörd nəfər ölüb, daha 11 nəfər yaralanıb.
Rumıniya dağlarında 4 nəfər ölüb, 11 nəfər yaralanıb

Son 24 saat ərzində Ruminiyada dağlıq ərazilərdə azı 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

"İnformator.az" xəbər verir ki, bu barədə Rumıniyanın "Salvamont" xilasetmə xidmətinin press-relizində bildirilib.

"Son 24 saat əeində "Salvamont" xidmətinə xilasedicilərdən təcili müdaxilə üçün 25 müraciət daxil olub. Onlardan 7 nəfər təcili tibbi yardım maşınları ilə, daha 4 nəfər isə helikopterlə xəstəxanaya aparılıb. Təəssüf ki, 4 nəfərin meyiti tapılıb",- xidmətin sosial media səhifəsində deyilib.

Ölümlərin dəqiq səbəbləri məlum deyil.

Müraciətlərin əksəriyyətinin Kluj və Mramures qraflığından daxil olduğu qeyd edilib. Yardım üçün Sibiu, Braşov, Alba, Praxova, Nyamç, Suçava, Ardjes və Mehedinç əyalətlərindən də müraciətlər olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər