00:00:00
Yazar
Admin User
28.11.2025 19:54 135 1 dəq oxuma
Dünya

Rumıniyanın müdafiə naziri istefa verib

Rumıniyanın müdafiə naziri istefa verib

Rumıniyanın müdafiə naziri İonuş Musteanu ali təhsilinə dair məlumatlarla bağlı yaranan qalmaqal fonunda istefa verib.

 

"İnformator.az" xəbər verir ki, Y.Musteanu sosial şəbəkədə açıqlamasında “təhsil məsələsinə dair müzakirələrin ölkənin gündəmini yayındırmaması üçün” vəzifədən getdiyini qeyd edib.

 

O, qərarı barədə Rumıniya Prezidenti Nikuşor Dana, Baş nazir İlie Boloçana və Rumıniyanın Xilas Birliyi (USR) Partiyasının rəhbərliyinə məlumat verib.

 

Y.Musteanunun rəsmi tərcümeyi-halında Buxarestdəki Ateneum Universitetini bitirdiyi göstərilsə də, ali məktəb rəhbərliyi onun həmin universitetdə oxumadığını açıqlayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər