00:00:00
Yazar
Güllər Gülhüseynova
26.08.2026 21:54 79 1 dəq oxuma
Maraqlı

Rupert Grint “Harry Potter”də Ron Uizli roluna qayıdır

Rupert Grint “Harry Potter”də Ron Uizli roluna qayıdır

“Harry Potter” filmlərinin ulduzu Rupert Grint Ron Uizli obrazına qayıdacaq. Aktyor Nyu-Yorkda Broadway səhnəsində nümayiş etdirilən “Harry Potter and the Cursed Child” tamaşasında Ronun böyümüş versiyasını canlandıracaq.

 

38 yaşlı aktyor gələn ilin fevralından etibarən dörd ay müddətində tamaşanın "Broadway" heyətinə qoşulacaq.

 

Grint ilk dəfə Ron Uizli roluna 11 yaşında seçilmiş və obrazı “Harry Potter” filmlərinin bütün əsas ekranlaşdırmalarında canlandırmışdı.

 

“Harry Potter and the Cursed Child” tamaşasında hadisələr orijinal kitab və filmlərin sonundan 19 il sonra cərəyan edir. Burada artıq böyümüş Harri, Ron və Hermionanın həyatı göstərilir. Ron və Hermiona evlənib, onların qızı isə Hoqvartsda təhsil almağa başlayır.

 

Grint Instagram hesabında xəbəri paylaşaraq “Köhnə sehrbaz geyimlərini yenidən çıxarıram. Nyu-York, fevralda görüşənədək” yazıb.

 

Aktyor ötən ilin noyabrında BBC News-a açıqlamasında Ron Uizli obrazının kölgəsindən heç vaxt tamamilə çıxa bilməyəcəyini demişdi. O, bununla bağlı “Mənim üçün problem deyil. Düşünürəm ki, bu, əladır” ifadəsini işlətmişdi.

 

Güllər Gülhüseynova

#potter”də #rupert #ron #gündəm #“harry
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər