Rus hücumu nəticəsində 4 nəfər ölüb
Ukraynanın şərqində yerləşən Dnipro şəhərinə edilən Rusiya raket hücumu dörd nəfərin ölümünə və 40 nəfərin yaralanmasına səbəb olub, yerli hakimiyyət bildirib. Təsdiqlənməyən məlumatlara görə, hücumda ballistik raketdən istifadə edilib və hücum bazar ertəsi səhər baş verib.
Onlayn yayılan videolarda magistral yolun kənarında güclü bir partlayış görünür. Yerli media isə ofis binasının, avtomobillərin və mağazaların zərər gördüyünü bildirir. Cəbhə xəttindən təxminən 100 km məsafədə yerləşən Dnipro, 2022-ci ilin fevralında Moskvanın genişmiqyaslı işğalından bəri tez-tez Rusiya hücumlarına məruz qalır.
BBC
Səadət Əlizadə