Rus üzgüçünün Bosforda yoxa çıxması ilə bağlı nə məlumdur?
Avqustun 24-də Boğaziçidə keçirilən 37-ci qitələrarası üzgüçülük yarışı zamanı itən rusiyalı idmançı Nikolay Sveçnikovun axtarışları davam edir.Türkiyə Milli Olimpiya Komitəsinin (TMOK) təşkilatçılığı ilə keçirilən yarışa 2800-dən çox idmançının qatıldığı Kanlıca çimərliyində saat 10:04-də start verilib.
İstanbul Valiliyi bildirib ki, Sveçnikovun digər üzgüçülərlə yarışa başlaması kamera qeydləri və üzgüçülərin ayaqlarına bərkidilmiş çiplər vasitəsilə təsdiqlənib. Lakin saat 12.54-də Kuruçeşmədə son rəqiblər sudan çıxanda Sveçnikov onların arasında olmayıb.
BBC

Zəhra Möhübbətova