00:00:00
Yazar
Admin User
02.10.2023 17:17 391 3 dəq oxuma
Dünya

Rusiya-ABŞ-ÇİN üçbucağında nüvə şantajı

Rusiya-ABŞ-ÇİN üçbucağında nüvə şantajı

Nüvə silahı təhlükəsi günü-gündən gözlənilməz şəkildə artır. ABŞ, Rusiya və Çin nüvə poliqonlarında yeni mərkəzlər inşa ediblər. Həmin mərkəzlərin şəkilləri peyk vasitəsilə çəkilib. Bu, üç böyük nüvə dövləti arasında gərginliyin son onilliklərin ən yüksək həddə çatdığı bir vaxta təsadüf edir. ABŞ, Rusiya və Çin isə yeni nüvə sınaqları barədə məlumat yaymayıblar. Yeni nüvə mərkəzlərinin tikintisi nə ilə bağlıdır?



((TITLE: )) Rusiya-ABŞ-ÇİN üçbucağında nüvə şantajı


   Geosiyasi münasibətlər pisləşdikcə nüvə gücləri - ABŞ, Rusiya, Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail nüvə arsenallarını modernləşdirməyə davam edirlər. Rusiya, ABŞ, Çin yeni nüvə poliqonları hazırlayırlar. “CNN” televiziya kanalının yaydığı məlumata görə, həmin mərkəzlər peyk vasitəsilə qeydə alınıb. Bu poliqonlar Rusiya ərazisində “Novaya Zemlya”, Çində Sincan-Uyğur bölgəsi, ABŞ-da isə Nevada ştatıdır. Peyk şəkillərində mərkəzə daxil olanların sayının artdığı təsvir olunub. Mərkəzlərin hər birinə yeni yollar və tunellər çəkilib. Hazırda bir çox ekspertlər, ölkələrin liderləri və rəsmi nümayəndələri nüvə təhlükəsindən açıq şəkildə danışırlar. Siyasi ekspertlər də bu informasiyanın yayılmasını Rusiya-Ukrayna müharibəsi fonunda Moskva rəsmilərinin, o cümlədən prezident Vladimir Putin və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Qərb ölkələrinə qarşı səsləndirdikləri nüvə silahı təhdidləri ilə əlaqələndirirlər. Təsadüfi deyil ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqustda “Novaya Zemlya” ərazisindəki nüvə poliqonuna səfər edib. Politoloq Əlimusa İbrahimovun sözlərinə görə, Amerika Birləşmiş Ştatları və Çin Rusiyanın bu təhdidlərini qəbul edib. "Çin, Rusiya və Amerika Birləşmiş Ştatları bir-birindən xəbəri olmadan, bir-birindən ayrı şəkildə gələcək nüvə müharibəsinə hazırlaşır və nüvə sahəsində tədqiqatlarını aparmaq üçün bu poliqonları yaradırlar". 

  SSRİ-də sonuncu dəfə nüvə sınağı 1990-cı ildə keçirilib. Rusiyada nüvə sınağı olmayıb. ABŞ sonuncu nüvə sınağını 1992-ci ildə, Çin isə 1996-cı ildə həyata keçirib. Rusiya nüvə sınaqlarının keçirilməsini qadağan edən sənədə imza atıb. ABŞ və Çin bu sənədi imzalasalar da, ratifikasiya etməyiblər. Hazırda nüvə dövlətlərinin sayı getdikcə artır. Hindistan və Pakistan nüvə silahına malik olduqlarını eyni gündə elan ediblər. Yaxın Şərq bölgəsində İsrailin nüvə silahı var. İran nüvə silahı əldə etməyə çalışır. Analitiklər hesab edir ki, İranın nüvə silahı olarsa, qonşuları Türkiyə və Səudiyyə Ərəbistanı da nüvə silahı əldə edəcəklər. Bu vəziyyətdə ABŞ, Rusiya və Çin nüvə potensiallarını gücləndirməyə qərar alıblar. "Rusiya-Ukrayna uğursuz hərbi əməliyyatları nüvə silahı ilə sonuçlandırmağı təhdid etməsinin qarşılığında Amerika və Çin səssiz dura bilməzdi. Diqqqət edirsizsə, xəbərin mənbəyi CNN Amerikadır. Bunu ruslar, və yaxud çinlilər demirlər. Bunu Amerikadan gələn xəbərlər deyir. İstər taktiki, istər strateji nüvə silahı istifadə ediləcəksə, Ukrayna müharibəsində əlbəttə ki, Amerika öz nüvə potensialını Rusiyaya qarşı işə sala bilər". 

   Onu da bildirək ki, müasir nüvə silahı müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombalarını dünyanı dağıtmaq gücündə olan silah adlandırırlar. Məhz buna görə də, nüvə silahlarının işə düşərsə, ilə bəşəriyyətin sonunun çatacağını iddia edilir.

MAHMUD

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər