00:00:00
Yazar
Admin User
23.06.2025 17:33 122 2 dəq oxuma
Dünya

Rusiya: ABŞ-nin İrana hücumu gərginliyi artırır

Rusiya: ABŞ-nin İrana hücumu gərginliyi artırır

Kreml sözçüsü Dmitri Peskovun bazar ertəsi verdiyi açıqlamada Rusiya, ABŞ-nin İrana qarşı həyata keçirdiyi hava zərbələrinə görə dərin təəssüf hissi keçirdiyini bildirib. O qeyd edib ki, bu hücumlar münaqişənin coğrafiyasını genişləndirib və Yaxın Şərqdə gərginliyi daha da artırıb.

 

Peskov İranın nüvə infrastrukturuna dəymiş ziyanın miqyasının hələ tam bəlli olmadığını, eyni zamanda hər hansı radiasiya təhlükəsinin olub-olmadığının da dəqiqləşmədiyini vurğulayıb. O, hücumdan sonrakı vəziyyəti Moskva üçün ciddi narahatlıq doğuran hal kimi xarakterizə edib.


Qeyd olunub ki, Rusiya əvvəldən ABŞ-nin hərbi müdaxiləsinin regionda sabitliyi poza biləcəyi barədə xəbərdarlıq etmişdi. Xatırladaq ki, bu ilin yanvarında Rusiya ilə İran arasında strateji tərəfdaşlıq haqqında saziş imzalayıb, lakin bu sənədə qarşılıqlı müdafiə öhdəliyi daxil edilməyib.

 

Peskov həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp planlaşdırılan hücumlar barədə Rusiya Prezidenti Vladimir Putinə öncədən detallı məlumat verməyib. Hücum ehtimalı daha əvvəl ümumi şəkildə müzakirə olunsa da, konkret addımlar barədə bilgi verilməyib.

 

Kreml açıqlayıb ki, Rusiya Yaxın Şərqdə artan eskalasiya fonunda İrana müxtəlif sahələrdə dəstək verməyə hazırdır. Bu dəstəyin səviyyəsi isə İrandan gələcək konkret tələblərdən asılı olacaq.

 

Rusiya tərəfi gələcək addımlarla bağlı suallara cavab olaraq, yenidən vasitəçilik təklifini irəli sürüb və vurğulayıb ki, növbəti qərarlar İranın ehtiyaclarına uyğun olaraq veriləcək.


Prezident Vladimir Putinin bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşməsi planlaşdırılır.


ANEWZ
Gülhüseynova Güllər

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər