Rusiya ABŞ-yə şərtlərini açıqlayıb
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya ilə ikitərəfli münasibətləri bərpa etmək üçün müəyyən addımlar atır.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Turan Rzayev bildirir ki, ABŞ Avropa İttifaqından kənar bir ölkədir, amma həm NATO, həmdə Aİ-na təsir edə biləcək bir gücə sahibdir:
“Şübhəsiz ki, Rusiya ilə Amerika arasında razılaşmalar olarsa, gec-tez Avropada bu məsələdə Amerika ilə ortaq məxrəcə gələcəkdir. Biz Brüsselin, Vaşinqtonun ayrı bir hərəkət etdiyini deyə bilmərik. Lakin Avropa İttifaqı fərqli bir siyasi xətt tutmaq istəsə, böyük ehtimal Amerika buna çox sərt şəkildə reaksiya bildirəcək. Sonuncu gömrük tariflərinln azalaması məsələsi də Amerikanın mövqeyi ilə bağlı idi. Hesab edirəm ki, tərəflər arasında razılıqlar olarsa, Aİ və NATO-da bu məsələyə müsbət baxacaq. Onsuz Avropa daxilində bu məsələyə dair ikili yanaşma var. Və bu yanaşmalar arasında da ciddi ziddiyətlər mövcuddur".
Həmçinin şərhçi qeyd edir ki, Ukrayna-Rusiya müharibəsində qalıcı bir məsələ yoxdur:
“Atəşkəs razılaşması olsa belə böyük ehtimal gələcəkdə dəyişəcəkdir. Azərbaycan-Ermənistan arasındakı atəşkəs necə idisə, bu onlar üçün də keçərlidir. Çünki, ilhaq məsələsini tanıya bilməzlər. Tanısalar bu, dünyada beynəlxalq münasibətlər sisteminin ləğvi demək olar. Yeni bir sistem yaratmaq lazımdır ki, bu da olduqca uzun və yorucu bir prosesdir. Hesab edirəm ki, bu məsələ Ukrayna müharibəsinə balaca bir fasilə verəcəkdir. Lakin barışıqlar uğursuz olarsa, sanksiyalar artacaqdır. Hətta Ukraynaya daha ciddi silahlar verilə, gizli yollarla Ukraynaya hərbi yardımlar da edilə bilər. Amma hesab edirəm ki, uğursuz olmayacaq. Çünki, Tramp müharibə istəyir. Əgər danışıqlar aparan bir Amerika varsa, müharibədən danışmaq yersiz olardı. Düşünürəm ki, müharinə ehtimalları hələki azdır və Rusiya ilə ortaq bir nöqtə tapılacaqdır”.
Aysel Mirzəyeva