“Rusiya Avropaya doğru irəliləmək istəyindədir”
Ukraynalı deputat Fyodr Venislavski bildirib ki, müharibə sona yaxınlaşır. Onun sözlərinə görə, Donald Trampın bəyanatları bu istiqamətdə mühüm siqnaldır, çünki Zelenski və Putin arasında danışıqlar Trampsız mümkün olmayacaq və Tramp bu prosesdə aktiv rol almağa hazırdır.
Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a açıqlamasında bildirib ki, öncə müharibənin bitməsi lazımdır ki, bu üfüqdə belə görsənmir:
“Ukraynalı deputat Fiodor Venislavski bu haqda fikirlər söyləyə bilər. Hətta zaman-zaman ABŞ Prezidenti Donald Trampın gecə yuxuda görüb səhər tezdən söylədiklərini də müharibənin bitməsi perspektivi kimi də təqdim edə bilər. Ancaq reallıq başqadır. Müharibəni bitirmək istəyən bir dövlət nəinki Ukraynaya təcavüzü eyni zamanda Ukraynanın həm sərhət olduğu Şərqi Avropa ölkələrini təhdid edə bilməz. Bir tərəfdə dronlarla Polşanı və Rumuniyanı hədələyir, başqa bir tərəfdə Avropayla sərhətdə strateji ballistik raketlər yerləşdirməklə Avropanı təhdid edir. Eyni proses digər bölgələrədə aiddir. Yəni Rusiya bugün dünyanın yenidən bölüşdürülməsi prosesində özü üçün təsir zonaları yaradır və bu gerçəyi qəbul etməyən qlobal güc mərkəzi Qərb dünyası var. Onların alternativsiz hərbi bloku olan Şimali Atlantika bloku - NATO və İkinci Dünya müharibəsinin nəticəsi olaraq ortaya çıxan əhatə dairəsi təsir zonası kimi anlayışlar bugün iflasa uğrayıb. Rusiya yenidən bu təsir zonalarını nəinki yaratmaq, hətta böyütmək Avropaya doğru irəliləmək istəyindədir. Təbii ki, bu, Rusiyanın yuxularıdır, xülyalardır və heç vaxt gerçəkləşməyəcək təxəyyül məhsuludur. Əlbəttə ki, müharibənin bitməsi Ukraynanın yenidən bərpasına və perspektivdə daha güclü həm iqtisadiyyata, həm dövlət quruluşuna, həm də güclü bir orduya məxsus dövlət olmasına, güclü bir cəmiyyətə doğru inkişaf edəcəyinə səbəb olacaq. Beynəlxalq güclərin bu prosesdə mövqeyi çox önəmlidir və bu kontekstdə əgər beynəlxalq güc mərkəzlərindən gedirsə, bugün Rusiya-Ukrayna müharibəsində Ukraniyanı dəstəkləyən koalisiyalar birliyindən, könüllülər birliyindən söhbət gedir. Burada Avropa Birliyinin çox önəmli ölkələri, eyni zamanda NATO üzvü ölkələri və digər dövlətlər Asiyada mövcud olan ölkələr, Avstraliya, Yaponiya, Koreya kimi ölkələr daxildir. Buna görə də, bu ölkələrin prosesə müdaxiləsi indiki vəziyyətdə Rusiyanın haqsız və təcavüzkar müharibədə qalib gəlməsinin qarşısını alır. Burada söhbət müharibənin bitməsindən getmir. Hansı seviyyede,hansı şekilde ve hansı ədalətli formada bitəcəyindən gedir. Çünki, məcburi olaraq bitirilen, yəni Ukranyanın məğlubiyyəti kontekstinde Ukranya kaptuliyasiyaya mecbur edilmesi Rusiyanın prespektivde iştahını qabardacaq. Rusiya belə bir təcavüzkar dövlətdir. Ona görə də burda söhbet müharibənin ədalətli bitmesinden gedir. Bu kontekstdə qlobal güclerin prosesde iştirakı çox önemlidir. Ən azından Rusiya tecavüzünün qarşısını alır. Ukranyanın Rusiya tecavüzü zor aparatı qarşısında dayanıqlı olmasına şərait yaradır ve prespektivde Rusiya meğlubiyyetinin esas sebebkarı kimi çıxış edir”.
Aysu Abbasova