00:00:00
Yazar
Admin User
03.07.2024 17:50 352 1 dəq oxuma
Dünya

Rusiya: Biz 2024-cü ildən sonra Ukrayna vasitəsilə qaz nəqlini davam etdirməyə hazırıq

Rusiya: Biz 2024-cü ildən sonra Ukrayna vasitəsilə qaz nəqlini davam etdirməyə hazırıq

Rusiya Baş nazirinin müavini Aleksandr Novak 2024-cü ildən sonra Ukrayna üzərindən Avropaya təbii qaz nəqlini davam etdirməyə hazır olduqlarını bildirib.

 

Novak Qazaxıstanda jurnalistlərə açıqlamasında Rusiya qazının Ukrayna üzərindən Avropaya daşınması ilə bağlı 2024-cü ildə başa çatacaq müqavilədən danışıb.

 

Müqavilənin davam etdirilməsinin Ukraynadan asılı olduğuna işarə edən Novak, "Göndərmə öz ərazisindən edilir, öz qaydaları var. Davamı (göndərmə) onların istəklərinə bağlıdır. Biz daşınmaya davam etməyə hazırıq" dedi.

 

Ukrayna Nazirlər Şurası Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya nəqlini təmin edən razılaşmaların 2024-cü ildən sonra uzadılmayacağını açıqlayıb.

 

Ukrayna administrasiyasının 2023-cü ilin sonu üçün açıqladığı məlumatlara görə, bu ölkədən boru kəmərləri ilə Avropaya nəql edilən Rusiya qazının həcmi ötən il 2022-ci illə müqayisədə 28,4 faiz azalaraq 14,6 milyard kubmetrə düşüb.

 

Mənbə: TRT Haber

Zəhra Həsənova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər