00:00:00
Yazar
Admin User
16.11.2025 04:56 135 1 dəq oxuma
Dünya

Rusiya Dövlət Dumasında vətəndaşların pensiyaya 10 il gec çıxması təklif olunub

Rusiya Dövlət Dumasında vətəndaşların pensiyaya 10 il gec çıxması təklif olunub

 

Rusiya Dövlət Dumasının deputatları vətəndaşların pensiyaya çıxışını 10 il gecikdirmək imkanını nəzərdən keçirməyi təklif ediblər.

 

"İnformator.az" xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Svetlana Bessarab bildirib.

 

Onun sözlərinə görə, əgər vətəndaş pensiya yaşına çatdıqdan sonra beş il işləməyə davam edərsə, onun pensiya əmsalları 36% artacaq, sabit ödəniş isə 45% yüksələcək.

 

Deputat əlavə edib ki, pensiyaya çıxışın 10 il təxirə salınması halında əmsallar 2,32 dəfə indeksləşdiriləcək ki, bu da gələcək pensiyanın ölçüsünü iki dəfədən çox artıracaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər