00:00:00
Yazar
Elmira Ağayeva
26.06.2026 20:55 22 1 dəq oxuma
Siyasət

Rusiya dizel ixracına müvəqqəti qadağa tətbiq edə bilər

Rusiya dizel ixracına müvəqqəti qadağa tətbiq edə bilər

 

Rusiyada daxili bazarın tələbatını ödəmək üçün kifayət qədər yanacaq ehtiyatı formalaşdırılıb. Aleksandr Novak TASS agentliyinə açıqlamasında deyib.


Onun sözlərinə görə, hakimiyyət orqanları istehsalçıların dizel yanacağının ixracına bir neçə ay müddətinə müvəqqəti qadağa tətbiq edilməsini nəzərdən keçirir. Novak bildirib ki, hazırda ölkədə dizel yanacağı ehtiyatları kifayət qədərdir və bu addım daxili bazarın daha böyük həcmdə yanacaqla təmin olunmasına imkan verəcək.


Baş nazir müavini qeyd edib ki, yanacaq bazarında logistika zəncirləri mövcud tələbat nəzərə alınmaqla yenidən qurulur və bazarın tam balanslaşdırılması müəyyən vaxt tələb edir.
 


TASS
Nuray Əliyeva

#Rusiya #dizel #yanacaq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər