00:00:00
Yazar
Admin User
22.09.2025 13:15 103 2 dəq oxuma
Siyasət

Rusiya gərginliyi davam etdirsə, Polşa və Baltikyanı ölkələri müdafiə edəcəyik

Rusiya gərginliyi davam etdirsə, Polşa və Baltikyanı ölkələri müdafiə edəcəyik

ABŞ Rusiya ilə gərginliyin artacağı təqdirdə Polşa və Baltikyanı ölkələrə müdafiə yardımı göstərəcək.


Məsələ ilə bağlı hərbi jurnalist Heydər Mirzə “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda Ukrayna və Avropa müttəfiqləri ilə Rusiya arasında qarşıdurma təhlükəsizlik xarakteri daşıyır:


“ABŞ-nin xarici siyasət kursu hazırda qeyri-müəyyəndir. Düşünürəm ki, bunun Rusiya istiqamətində sərtləşməsi labüddür. Rusiyanın Baltikyanı istiqamətdə həyata keçirdiyi aktivlik pilotsuz uçuş aparatlarının Polşa ərazisinə uçması Baltikyanı ölkələrin hava məkanlarına Rusiya qırıcılarının girməsi son günlərdə tez-tez xəbərlərdə yer alır.


Rusiya hazırda NATO-nun tərkiblərinin siyasi iradəsini nəzərdən keçirir. Əgər Rusiya Baltikyanı dövlətlərə Ukrayna kimi olmasa da daha kiçik miqyaslı əməliyyat həyata keçirmək istəsə Qərb mütəffiqləri dəstək verəcəklər. Hazırda ilk növbədə almanlar, Skandinaviya ölkələri Baltikyanı ərazilərdə güclənməsi aviasiya deyil.


Real olaraq diplomatik həll mexanizmlərini görmürəm. Bu mexanizmlər işlək deyil. Çünki bütün tərəflər Çindən tutmuş ABŞ, Rusiya, Türkiyə və regional güclər, Ukrayna görürlər ki, münaqişə yolu ilə məsələnin həll olunması hələdə mümkündür. Rusiyanın özünün Çinin dəstəyini çox açıq şəkildə hiss edir. Faktiki olaraq müharibənin Rusiya üçün ən azı zəfərlə bitməməsini nəzərə alsaq belə Rusiya hərbi əməliyyatları bitirmir. Hesab edirəm ki, Putin Kremlin Baltikyanı ölkələrdə son günlərdə həyata keçirdiyi təxribatlar əksinə avropalıları tiksindirdi. Heç kim düşünməsin ki, Avropa ABŞ-siz özünü ortaya qoyacaq”.

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər