00:00:00
Yazar
Admin User
05.06.2025 15:44 166 1 dəq oxuma
Dünya

Rusiya hücumlara uyğun hesab etdiyi zaman cavab verəcək

Rusiya hücumlara uyğun hesab etdiyi zaman cavab verəcək

Kreml sözçüsü Dmitri Peskov, Ukraynanın Rusiyadakı hərbi hava bazalarına etdiyi hücumlara Rusiya ordusunun uyğun hesab etdiyi vaxtda cavab verəcəyini bildirib.

 

Paytaxt Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov, Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında dünən baş tutan telefon danışığı barədə də məlumat verib. O, sözügedən danışıqda Ukraynanın 1 iyun tarixində Bryansk və Kursk bölgələrinə təşkil etdiyi hücumların da müzakirə edildiyini deyib.

 

Peskov qeyd edib ki, Tramp bu hücumlar barədə məlumatsız olduqlarını bildirib:

 

“Beynəlxalq qiymətləndirmə baxımından, əlbəttə ki, heç olmasa bu terror aktının qəti şəkildə pislənməsini eşitmək istərdik”.

 

Peskov onu da əlavə edib ki, iki lider görüş keçirmək barədə razılığa gəlməyiblər:

 

“Görüşün lazımi şəkildə hazırlanması və bu hazırlığın əhəmiyyətli nəticələrə gətirib çıxarması vacibdir ki, həmin nəticələr ən yüksək səviyyədə müzakirə oluna bilsin. Ümumilikdə, bu telefon danışığını konstruktiv və vacib hesab edirik, çünki prezidentlər həqiqətən bir çox əsas və mühüm məsələləri müzakirə etdilər”.

 

Peskov, Rusiyanın Ukraynanın hərbi hava bazalarına hücumlarına cavab verib-verməyəcəyi ilə bağlı suala isə belə cavab verib:

 

“Cavabı, ordumuz necə və nə vaxt uyğun görərsə, o zaman verəcəyik”.

 

 

Haber Global 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər