Rusiya hücumu: diplomatik səylər davam edir
Rusiya hücumu nəticəsində dörd nəfər ölüb, Ukrayna müharibəsini dayandırmaq üçün diplomatik səylər davam edir.
Rusiya raket hücumu nəticəsində şərqi Ukraynanın Dnipro şəhərində dörd nəfər ölüb, 40 nəfər isə yaralanıb, yerli hakimiyyət orqanları bildirir.
Təsdiqlənməmiş məlumatlara görə, hücumda ballistik raket istifadə olunub və hadisə bazar ertəsi səhər baş verib.
Onlayn paylaşılan videolarda avtomagistralın kənarında böyük partlayış görünür, yerli media isə ofis binası, avtomobillər və mağazaların vurulduğunu və ya ciddi zədələndiyini bildirib.
Dnipro, cəbhə xəttindən təxminən 100 km (62 mil) məsafədə yerləşir və 2022-ci ilin fevralında Moskvanın tammiqyaslı işğalından bəri Rusiya hücumlarına tez-tez məruz qalır.
Mənbə: BBC news
Ayisə Şərifova