00:00:00
Yazar
Admin User
25.12.2025 18:15 108 2 dəq oxuma
Siyasət

Rusiya hərbçilərinin Kupyansk ərazisində mövqeləri itirməsi ilə bağlı məlumatlar yayılıb

Rusiya hərbçilərinin Kupyansk ərazisində mövqeləri itirməsi ilə bağlı məlumatlar yayılıb

Rusiya və Ukrayna silahlı qüvvələri arasında Xarkov vilayətinin Kupyansk istiqamətində gedən döyüşlərdə son günlər Ukrayna ordusunun əks-hücumları nəticəsində Rusiya hərbçilərinin bəzi mövqeləri itirdiyinə dair müxtəlif mənbələrdə məlumatlar yayılıb.


Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, Kupyansk Oskol çayı ətrafında yerləşən strateji ərazidir və bu istiqamətdə mövqelərin itirilməsi Rusiya üçün ciddi hərbi-siyasi nəticələr yarada bilər:

 

“Kupyansk ərazisinin itirilməsi bu gün Rusiya üçün Ukraynanın daha üstün mövqe tutması deməkdir. Ukrayna bütün sahil boyu vəziyyəti öz nəzarətinə keçirməklə üstünlük əldə edir. Mövqelərdə üstünlük qazandıqca irəliləmək və Rusiya ordusuna qarşı hərbi əməliyyatlar aparmaq Ukrayna üçün daha rahat olur. Bu gün Kupyanskin daha çox Rusiya nəzarətindən çıxması, şəhərin guya tam şəkildə Rusiyanın əlində olması ilə bağlı məlumatların qərəzli olduğunu göstərir. Prezident Volodimir Zelenskinin Kupyanskin girişində çəkdirdiyi video da bunun təsdiqi kimi qiymətləndirilə bilər. Kupyansk bir müddət rusların nəzarətində idi, lakin bu ərazilərin itirilməsi hərbi vəziyyətdə Ukraynanın üstünlüyünü ortaya qoyur. Ərazilərin itirilməsi Rusiya ordusunun hərbi və strateji cəhətdən zəifləməsinə gətirib çıxarır. Ukrayna bu sahələrdə daha üstün mövqe tutur. Nəticədə ruslar daha çox itki verir və bəzi mövqelərdən geri çəkilmək məcburiyyətində qalırlar ki, bu da Ukraynanın irəliləyərək üstünlük əldə etməsi deməkdir”.

 

Politoloqun fikrincə, Kupyansk istiqamətində vəziyyət yaxın günlərdə daha da aydınlaşacaq:

 

“Bir neçə gün ərzində baş verən hadisələr fonunda real vəziyyət daha dəqiq məlum olacaq. Rusiya 20 bəndlik razılaşmanı qəbul edərək müharibənin sonlandırılması məsələsinə yaxınlaşa bilər. ABŞ-nin müharibənin üç ay ərzində bitirməsi ilə bağlı Rusiya tərəfinə verilən bəyanatlar var. Bu bəyanatlara Rusiyanın necə cavab verəcəyi, müəyyən ərazilərdən geri çəkilib-çəkməyəcəyi isə ABŞ-Rusiya arasında aparılan danışıqlardan asılı olacaq”.

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər