00:00:00
Yazar
Admin User
10.03.2025 16:51 199 1 dəq oxuma
Dünya

Rusiya iki Britaniya diplomatının akkreditasiyasını ləğv edib

Rusiya iki Britaniya diplomatının akkreditasiyasını ləğv edib

Rusiya Xarici İşlər Nazirliyi iki britaniyalı diplomatın qanunu pozduğu səbəbilə akkreditasiyasının ləğv edildiyini açıqlayıb.

 

 

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada iki ingilis diplomatın Rusiyaya giriş icazəsi alarkən yalan məlumat verdiyinin və onların İngiltərə kəşfiyyatına işlədiklərinin müəyyən edildiyi bildirilib. Bu səbəbdən Böyük Britaniyanın Moskvadakı səfirliyinin nümayəndəsi nazirliyə çağırılıb və diplomatların Rusiya qanunlarını pozması səfirə çatdırılıb. Moskva Britaniya kəşfiyyatçılarının xəbərsiz fəaliyyətinə dözməyəcək və öz milli təhlükəsizlik maraqlarına uyğun hərəkət edəcək. Biz Britaniya vətəndaşlarına Rusiya vizası üçün müraciət edərkən dəqiq və dolğun məlumat vermələrini tövsiyə edirik. London vəziyyəti gərginləşdirərsə, Rusiya tərəfi lazımi cavab verəcək.

 

 

Mənbə: CNN Türk
Kəmalə Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər