00:00:00
Yazar
Admin User
15.05.2025 14:24 173 1 dəq oxuma
Siyasət

Rusiya ilə İstanbul danışıqlarında Ukraynanı müdafiə naziri təmsil edəcək

Rusiya ilə İstanbul danışıqlarında Ukraynanı müdafiə naziri təmsil edəcək

İstanbulda Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rüstəm Umerov rəhbərlik edəcək.

 

"İnformator.az"ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti danışıqlarda atəşkəsi müzakirə etmək niyyətindədir.

Zelenski həmçinin danışıqların təşkilinə və məkanla təmin etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.


"Bundan başqa, Prezident Ərdoğan Krımın Ukraynanın bir hissəsi olması barədə mövqeyini də təsdiqləyib", - o vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər