Rusiya ilə əsir mübadiləsi davam edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə baş tutan əsir mübadiləsi çərçivəsində vətənə qaytarılan hərbçilərin fotolarını paylaşıb.
“İstanbulda razılaşdırılmış qaydada vətəndaşlarımızın geri qaytarılmasına davam edirik. Bu gün Rusiya əsirliyindən yaralı və ağır vəziyyətdə olan hərbçilərimizin birinci mərhələ üzrə qaytarılması baş tutdu. Onların hamısı təcili tibbi yardıma ehtiyac duyur”, – deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, əsir mübadiləsi prosesi davam etdiriləcək: “Əsirlikdə olan hər bir insanı tapmaq və geri qaytarmaq üçün əlimizdən gələni edirik. Bu işə töhfə verən hər kəsə minnətdaram".
Al Jazeera
Selcan Əhmədli