00:00:00
Yazar
Admin User
20.06.2025 13:16 117 1 dəq oxuma
Dünya

Rusiya İran-İsrail münaqişəsi üçün danışıqlar aparır

Rusiya İran-İsrail münaqişəsi üçün danışıqlar aparır

 

“Moskva İran, İsrail və digər ölkələrlə gündəlik əlaqə saxlayaraq münaqişənin diplomatik yolla həllinə çalışır”.

 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. 

“Vəziyyəti danışıqlar masasına qaytarmaq vacibdir. Prezident Putin və Xarici İşlər Nazirliyi bu istiqamətdə aktiv şəkildə çalışır”, – deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə həmçinin Rusiyanın MAQATE və BMT platformalarında da fəal iştirak edib.

Xatırladaq ki, iyunun 13-də İsrail İrana qarşı əməliyyata başlayıb, Tehran isə tezliklə cavab verib. Tərəflər arasında qarşılıqlı zərbələr davam edir.

 

TASS

Fatimə Şahverdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər