00:00:00
Yazar
Admin User
10.05.2024 16:53 319 1 dəq oxuma
Dünya

Rusiya keçmiş Baş Konsulluğa hücuma görə Almaniyaya etiraz edəcək

Rusiya keçmiş Baş Konsulluğa hücuma görə Almaniyaya etiraz edəcək

Rusiya Leypsiqdəki keçmiş Baş Konsulluğuna hücumla bağlı Almaniyaya etiraz edəcək. Bu barədə Rusiyanın Almaniyadakı səfirliyindən bildirilib.

 

Rusiyanın xarici siyasət idarəsinin məlumatına görə, mayın 9-da altı nəfər Rusiyaya məxsus binanın ərazisinə daxil olub. Onlar eyvana çıxıblar və orada Rusiya əleyhinə plakatlar açıblar.

 

Səfirlik bunu “qeyri-adi təxribat” kimi qiymətləndirib. “Bu insidentlə bağlı Almaniya tərəfinə etiraz ediləcək”, - deyə nəşr yazıb.

 

Bundan əvvəl Almaniya polisi 9 may gününə həsr olunmuş mitinqlərdə on nəfəri saxlanılıb. Jurnalistlərin məlumatına görə, Qələbə günü şərəfinə keçirilən aksiyalarda bir neçə nəfər müəyyən edilən qaydaları pozub. Xüsusilə, Georgi lentləri gəzdiriblər və ya polisi təhqir ediblər.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər