00:00:00
Yazar
Admin User
29.11.2025 04:42 109 1 dəq oxuma
Dünya

Rusiya Kiyev vilayəti və paytaxta zərbə endirib

Rusiya Kiyev vilayəti və paytaxta zərbə endirib

Rusiyanın Ukraynanın Kiyev vilayətinə və paytaxta hücumu nəticəsində bir nəfər həlak olub, ən azı doqquz nəfər yaralanıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının açıqlamalar verib.

 

Kiyevin şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, Rusiyanın pilotsuz uçuş aparatlarının Svetoşin rayonuna hücumu nəticəsində bir nəfər ölüb. Kiyev meri Vitali Kliçko isə əlavə edib ki, yeddi nəfər yaralanıb, onlardan dördü xəstəxanaya yerləşdirilib.

 

Vilayət administrasiyasının rəhbəri Nikolay Kalaşnik isə Brovar rayonunda çoxmərtəbəli və fərdi yaşayış evlərinin zədələndiyini açıqlayıb. Brovarda iki nəfərin yaralandığı bildirilib.

 

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, paytaxt və vilayətlər 29 noyabr gecəsi Rusiya Silahlı Qüvvələrinin dronlar və ballistik raketlərdən istifadə etməklə həyata keçirdiyi kombinə edilmiş hücuma məruz qalıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər