00:00:00
Yazar
Admin User
12.05.2025 17:04 119 1 dəq oxuma
Dünya

Rusiya: Kotlyarovkanı ələ keçirdik

Rusiya: Kotlyarovkanı ələ keçirdik

 

Rusiya Müdafiə Nazirliyi Donetsk bölgəsində yerləşən Kotlyarovka yaşayış məntəqəsini ələ keçirdiklərini açıqlayıb.

 

Nazirliyin yaydığı məlumatda Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı son vəziyyətə dair məlumatlar təqdim olunub.

 

Bəyanatda qeyd olunur ki, Rusiya ordusu Ukrayna cəbhəsində mövqelərini gücləndirməyə davam edir: “Mərkəzi Hərbi Qrup bölmələrinin fəal əməliyyatları nəticəsində Donetsk Xalq Respublikasının Kotlyarovka yaşayış məntəqəsi azad edilib”.

 

Açıqlamada son 24 saat ərzində Ukraynanın 129 bölgəsində hərbi hava limanlarının infrastrukturu, sursat istehsalı və anbar yerləri, pilotsuz uçuş aparatı (PUA) anbarları, həmçinin Ukrayna əsgərləri və xarici muzdlu döyüşçülərin müvəqqəti yerləşdiyi nöqtələrə hücumlar həyata keçirildiyi vurğulanıb.

 

TRT XƏBƏR

Günel Verdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər