Rusiya məhkəməsi Kara-Murzaya qiyabi hökm oxuyub
Moskvanın Basmannı məhkəməsi müxalif siyasətçi Vladimir Kara-Murza barəsində qiyabi həbs qərarı çıxarıb.
"İnformator.az" xəbər verir ki, bu barədə “RİA Novosti” məhkəməyə istinadla məlumat yayıb.
Bildirilib ki, Kara-Murza Rusiya ordusu haqqında saxta xəbərlər yaymaqda və ekstremist təşkilatda iştirak etməkdə ittiham olunub.
Qeyd edək ki, Vladimir Kara-Murza 2024-cü ilin avqustunda həbsdən azad edilərək ABŞ-yə gedib.
Bir neçə gün öncə isə Rusiya Daxili İşlər Nazirliyi Vladimir Kara-Murzanı axtarışa verib.