00:00:00
Yazar
Ayşən Səlimova
03.04.2026 21:53 28 2 dəq oxuma
Dünya

Rusiya niyə münaqişənin uzanmasında maraqlıdır?

Rusiya niyə münaqişənin uzanmasında maraqlıdır?

Hazırda bir sıra ölkələr Yaxın Şərqdəki münaqişənin həlli üçün bir düstur tapmağa çalışır, lakin Vaşinqtonun açıqlamaları vəziyyəti olduqca çətinləşdirir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya açıq şəkildə bu məsələlərdə İrana dəstəyini nümayiş etdirir:

 

“Yəni Peskovun verdiyi açıqlamada da açıq-aydın şəkildə Amerika Birləşmiş Ştatları daha çox ittiham edilir və münaqişənin baş verməsinin əsas səbəbi olaraq Amerika Birləşmiş Ştatları göstərilir. Görünür ki, Rusiya tərəfi Yaxın Şərqin təşəbbüsə çıxış edən əsasən məsələn burada Misiri biz misal göstərə bilərik. Konsensus əldə edərək onlarla birlikdə bir mövqe ortalığa qoymaq, öz mövqeyini daha da gücləndirmək və Amerika Birləşmiş Ştatları və İran arasında vasitəçilik missiyasını daha çox üstlənmək niyyətini güdür. Bunun da bir neçə səbəbi var. Birinci növbədə məlum olduğu kimi Rusiya və Ukrayna arasında hazırda vasitəçilik missiyası Amerika Birləşmiş Ştatlarından həyata keçirilir. Rusiya tərəfi İranla ABŞ arasında vasitəçilik edərək məhz bu diplomatik məsələyə qarşılıq vermək istəyər. Yəni ABŞ-nin diplomatik əmrəsinə qarşılıq vermək istəyir. İkinci vacib bir məsələ isə budur ki, demək Amerika Birləşmiş Ştatları Rusiyaya öz iqtisadi maraqlarını təmin etmək üçün, yəni ABŞ-nin üzərində Rusiya öz iqtisadi maraqlarını təmin etmək üçün çalışır. İran maksimum dərəcədə bu müharibədən zəifləməmiş vəziyyətə çıxsın. Yəni çox zərər görməsin,əldə olunacaq razılaşmalarda İranın mövqelərinə çox zərər dəyməsin. Çünki Rusiya tərəfi hər nə qədər Tehranla münasibətləri son zamanlarda çox da yaxşı olmasa da, İran tərəfinin zəifləməsində maraqlı deyil. Buna görə də maksimum şəkildə çalışacaq ki, bu bölgələr ciddi şəkildə nəzarətdə qalsın. Münaqişənin uzanması Rusiyanın maraqlarına cavab verir. Çünki körfəz ölkələri vurulduqca və dünya bazarında neftin qiyməti artdıqca bu Rusiya daha çox sərf edir. Körfəz bağlı qaldıqca Rusiya öz enerji siyasətini daha aktiv şəkildə həyata keçirə bilir”.

 

Nuray Əliyeva

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər