00:00:00
Yazar
Admin User
06.03.2025 19:02 180 1 dəq oxuma
Dünya

Rusiya ordusu Krivoy Roqda hoteli vurdu

Rusiya ordusu Krivoy Roqda hoteli vurdu

Rusiya ordusu martın 5-i, çərşənbə axşamı axşam saatlarında Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə raket zərbəsi endirib.

 

Raket beşmərtəbəli hoteli vurub, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Son məlumata görə, hücum nəticəsində üç nəfər həlak olub, daha 31 nəfər yaralanıb, onların arasında bir uşaq da var. Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Lısakın Telegramda yazdığına görə, yaralıların əksəriyyəti xəstəxanaya yerləşdirilib, onlardan 14-nün vəziyyəti ağırdır. Daha sonra Lısak 43 yaşlı bir kişinin xəstəxanada dünyasını dəyişdiyini bildirib. Bununla da ölənlərin sayı dördə çatıb.


Mənbə: Deutsche Welle

Zəhra Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər