00:00:00
Yazar
Admin User
14.11.2025 18:05 140 1 dəq oxuma
Siyasət

“Rusiya PUA sahəsində Qərbin gerisindədir”

“Rusiya PUA sahəsində Qərbin gerisindədir”

Rusiya Silahlı Qüvvələrində pilotsuz sistem qoşun növü yaradılıb, onun strukturu, ştat alayları və digər bölmələri formalaşdırılıb. Bu barədə "Komsomolskaya pravda"ya pilotsuz sistem qoşunları rəisinin müavini, polkovnik Sergey İştuqanov məlumat verib.


Mövzu ilə bağlı politoloq İlyas Hüseynov “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya Silahlı Qüvvələrində pilotsuz sistem qoşunlarının yaradılması müasir dövrün tələbləri ilə bağlıdır:

 

“Rusiya-Ukrayna müharibəsinə qədər Rusiya pilotsuz uçuş aparatları sahəsində o qədərdə inkişaf etməyib. Lakin texnologiyaların mənimsənilməsi xüsusilə digər ölkələrdən puaların alınması və istehsalı Rusiya üçün bu mövcud vəziyyəti formalaşdırıb. Hazırkı reallıqlarda pilotsuz sistem qoşun növü həm dövrün tələbidir, həm də Rusiya-Ukrayna müharibəsi yaratdığı zərurətlə əlaqədardır. Çünki Ukraynada qərbin himayəsi, dəstəyi ilə pilotsuz uçuş aparatları sayəsində xeyli irəliləyib. Sosial şəbəkələrdə yayılan görüntülər, həm də bunu deməyə əsas verir. Rusiyanın pilotsuz sistem qoşun növünün yaradılması bizim regionda və dünyada kifayət qədər ciddi mənada Rusiyanın artıran bir yenilikdir. Pualar sahəsində dünyada qabaqcıl ölkələr vardır. Onlar bu işi çoxdan öyrəniblər, tətbiq edirlər və bu Rusiya üçün hər hansısa kifayət qədər ciddi üstünlük yaratmayacaq”.



Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər