Rusiya: Putin və Trampın Alyaska razılaşmalarına sadiqik
Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Alyaskada keçirilən sammitdə əldə olunan razılaşmalara sadiq qaldıqlarını ifadə edərək, “Rusiyanın Putin və Tramp arasında Alyaskada keçirilən sammitdə əldə olunan razılaşmalarla bağlı mövqeyini dəyişmədiyini rəsmən təsdiqləmək istəyirəm” deyib.
Lavrov Moskvada Rusiyada səfərdə olan Efiopiyanın xarici işlər naziri Gedion Timoteosla görüşüb. Görüşdən sonra iki nazir mətbuat konfransı keçirib.İclasda çıxış edən Lavrov Rusiya prezidenti Putin və ABŞ prezidenti Tramp arasında Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan sammitə hazırlıqla bağlı danışıb.
BBC News
Cavahir Əsgərbəyli