Rusiya: Putin və Trampın Alyaska sammitində əldə etdiyi razılaşmalara sadiq qalırıq
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva prezident Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Alyaskada keçirilən sammitdə əldə etdiyi razılaşmalara sadiqdir.
Lavrov bu barədə Moskvada xarici işlər naziri Gedion Timoteosla görüşdən sonra keçirilən mətbuat konfransında açıqlama verib. O, həmçinin amerikalı həmkarı Marko Rubio ilə telefon danışığında Alyaska sammitində əldə olunan razılaşmaların icrasının davam etdirilməsi və Budapeştdə planlaşdırılan yeni Putin–Tramp görüşünə hazırlıq məsələlərinin müzakirə olunduğunu bildirib.
Nazir vurğulayıb ki, əsas məqsəd “Ankoricdə razılaşdırılmış istiqamətlərə uyğun hərəkət etmək”dir.
TRT Haber
Aişə Mustafayeva