00:00:00
Yazar
Admin User
03.07.2024 19:52 389 1 dəq oxuma
Dünya

Rusiya qüvvələri Ukraynada ABŞ istehsalı olan Abrams tankını məhv edib

Rusiya qüvvələri Ukraynada ABŞ istehsalı olan Abrams tankını məhv edib

Rusiya Müdafiə Nazirliyi çərşənbə günü bildirib ki, Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı Rusiya qüvvələri ABŞ istehsalı olan daha bir "Abrams" tankını məhv edib.

 

Nazirlikdən verilən məlumata görə, tank Avdeyevka ərazisində kəşfiyyatçı PUA tərəfindən aşkar edilib və daha sonra Msta-S özüyeriyən silahdan istifadə edilərək məhv edilib.

 

Döyüş Qrupu Mərkəzi ilə bağlı artilleriya bölmələri xüsusi hərbi əməliyyat zamanı Avdeyevka bölgəsində daha bir “Abrams M1” tankını məhv etmək üçün Krasnopol ağıllı sursatından istifadə edib.

 

2S19 Msta-S düşmənin müxtəlif növ döyüş texnikasını (artilleriya və minaatan batareyaları, tanklar və digər zirehli hədəflər) və canlı qüvvəsini məhv etmək, müdafiə mövqeyi, hava hücumundan müdafiə, piyada və tank ehtiyatlarını manevr etmək üçün nəzərdə tutulub. Bu, 152 mm-lik özüyeriyən haubitsadır. 

 

Sursat növündən asılı olaraq maksimum atəş məsafəsi 20 km-dən 29 km-ə qədər olan Msta-S, 50 mərmi sursat yükü daşıya bilir və ən az 500 km uçuş məsafəsinə malikdir. 

 

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər