Rusiya-Qazaxıstan münasibətləri kəskinləşə bilər
“Fransa üzerinden Batının Ukrayna Ermensitan ve niahyet Kazakistan üzerinden Kafkaslara ve Türkistan coğrafiyasına sirayet etmeye çalışması bir daha ortaya çıkdı”.
Bu sözləri Arb 24-ə açıqlamasında Türk siyasi şərhçisi İsmail Cingoz deyib.
“Kazakistanın bu tutumu Rusiya tarafıyla birlikde Çin tarafından da dikkatle takip edilecek. Çünki Kazakistan türk dünyası için de ne kadar öneme sahipse Rusya ve Çin için de o kadar önemli bir konuma sahipdir”.
Analitik şərhçi Temur Umarov isə açıqlamasında qeyd edib ki, Rusiya, Belarus və Qazaxıstan bir-biri ilə sıx bağlıdır, lakin Qazaxıstan indi yenilənmiş liderlik, daha azad bazar iqtisadiyyatı və Qərblə düşmənçiliyin olmaması çərçivəsində öz yolunu axtarır.
“Zaman keçdikcə Rusiya və Qazaxıstanın trayektoriyaları getdikcə fərqlənəcək və onlar arasında yeni gərginlik mənbələri yaranacaq. Düşünürəm ki, Moskva Qazaxıstanı qisas almadan öz yoluna buraxacaq”.
Siyasi şərhçi Rüstəm Tağızadə isə düşünür ki, Qazaxıstanda Çinin xeyli şirkəti var.
“Buna baxmayaraq Qazaxıstan dövləti hökümət olaraq da Qərbə meyl etmək ərəfəsindədir. Bu hadisələr fonunda Rusiya ilə Qazaxıstan münasibətləri kəskinləşə bilər. Yəqinki bu birinci hərbi müdaxilə ilə olmayacaq. Sərt ritorika öz işini görəcək. Qazaxıstan sərt ritorikadan nəticə çıxarmazsa, Rusiya tərəfdən hərbi müdaxilə ilə susdurula bilər. Yaxud da təzyiqlər ola bilər. Amma buna baxmayaraq, indiki məqamda Rusiyanın Qazaxıstana o səviyyədə təzyiq edəcəyini düşünmürəm”.
FİDAN
