00:00:00
Yazar
Güllər Gülhüseynova
25.08.2026 20:34 12 1 dəq oxuma
Siyasət

Rusiya səfiri Paşinyanın açıqlamasından dərhal sonra Rubinyanla görüşüb

Rusiya səfiri Paşinyanın açıqlamasından dərhal sonra Rubinyanla görüşüb

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamalarından dərhal sonra parlament sədri Ruben Rubinyanla görüşüb.

 

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya və Ermənistan arasında artıq siyasi böhran başlayıb:

 

“Paşinyan hökumətinin fəaliyyətində və hökumətin strateji prioritetlərində məsuliyyətli müttəfiqlik yox, qarşılıqlı tərəfdaşlıq münasibətləri yer alır. İkincisi isə Avrasiya İttifaqından çıxmaqla bağlı rəsmi İrəvanın mövqeyi artıq bəllidir. Paşinyan qeyd etdi ki, biz bundan məmnunuq. Avrasiya İttifaqı barədə isə bildirdi ki, artıq bu qurum dağılıb və axsaq vəziyyətdədir. Dərhal Rusiya səfirinin də bunun ardınca Ruben Rubinyanla görüşməsi onu göstərir ki, Rusiya Paşinyanın açıqlamalarından narahatdır və Ermənistanın Rusiyanın orbitindən uzaqlaşmasını istəmir. Hesab edirəm ki, Rusiya-Ermənistan əlaqələri getdikcə daha böhranlı vəziyyətə yuvarlanır. Çünki Ermənistan artıq Avrasiya İttifaqı ilə bağlı da mövqeyini ortaya qoyur. Gələn il Avropa İttifaqına üzvlüklə bağlı referendum keçiriləcək və bununla bağlı prosedurlar da başlayacaq. Yəni Nikol Paşinyan artıq Rusiya ilə bağları qoparır. Proses bundan ibarətdir və düşünürəm ki, Rusiya da Ermənistana təzyiq göstərməyə başlayacaq. Digər tərəfdən, Paşinyanın Rusiyaya bağlı müxalifəti sıradan çıxarmağa çalışması da Moskvanı narahat edir. Təbii ki, Moskva Ermənistanın daxili işlərinə qarışmağa cəhd edir və buna da Paşinyan etiraz edəcək”.

 

Güllər Gülhüseynova

#baki #görüşüb #sonra #rusiya #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər