00:00:00
Yazar
Admin User
14.04.2023 16:55 282 1 dəq oxuma
Dünya

Rusiya Slavyansk şəhərinə hücumlar edib

Rusiya Slavyansk şəhərinə hücumlar edib

Slavyanska hücumlar nəticəsində çoxmərtəbəli yaşayış binaları dağıdılıb.

 

İnformator.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya hərbçilərinin Slavyansk şəhərinə bir neçə hücumu nəticəsində çoxmərtəbəli yaşayış binaları dağıdılıb. Bu barədə Donetsk vilayəti administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat verib.

 

Kirilenkonun sözlərinə görə, hücumlar nəticəsində bir nəfər ölüb, ən azı beş nəfər yaralanıb. O, məktəb binasına da ziyan dəydiyini vurğulayıb.

 

Administrasiya rəhbəri əlavə edib ki, eyni zamanda Rusiya ordusu Kramatorsk və Konstantinovka şəhərlərinə də hücum edib. İlkin məlumatlara görə, bu hücumlar nəticəsində xəsarət alan olmayıb.

 

Fatima Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər