Rusiya Suma zərbə endirib:
Rusiya Ukraynanın Sum vilayətində yerləşən sənaye obyektlərindən birinə raket hücumu edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Sum Şəhər Şurası məlumat yayıb.
Hücum nəticəsində 2 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
Suma raket zərbəsi nəticəsində yaralıların sayı 9-a çatıb.Bu barədə vilayətin Hərbi Administrasiyası məlumat yayıb.Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.