Rusiya Sumıya zərbə endirib
Rusiyanın idarəolunan aviabombalarla Sumı (Ukrayna) şəhərinə endirdiyi zərbə nəticəsində azı dörd nəfər ölüb.
"İnformator.az" xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, daha yeddi nəfər yaralanıb və xəstəxanalara çatdırılıb.