00:00:00
Yazar
Admin User
01.07.2025 13:22 106 1 dəq oxuma
Dünya

Rusiya telekanallarının yayımını dayandıraq!

Rusiya telekanallarının yayımını dayandıraq!

"Rusiya telekanallarının yayımının dayandırılması məsələsini ciddi şəkildə müzakirə etməyin vaxtı çatıb".

"İnformator.az" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Ölkəmizdə bu manqurtların proqramlarına da, onların ölkəyə girişinə də çoxdan qadağa qoyulub. Lakin onların dövlət kanalları Ermənistanın daxili işlərinə qarışırsa, bəlkə biz də onların vətəndaşlarımızın mənzillərinə girişini bağlayaq”, - o bildirib.

O, gərginlik yaradan, Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərən rusiyalı aparıcıları “degenerat” (inkişafdan geri qalmış) adlandırıb:

 

“Ermənistandakı vəziyyətin Rusiya ilə münasibətlərə təsir etdiyini iddia edənlərin hamısını dinləyirəm, Karapetyanı dəstəkləyən və özünü onun dostu adlandıranların hamısı çox güman ki, ondan zərflərdə pul alıblar”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər