00:00:00
Yazar
Admin User
28.05.2025 15:22 200 1 dəq oxuma
Dünya

Rusiya Trampa üçüncü dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib

Rusiya Trampa üçüncü dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampa üçüncü dünya müharibəsinin baş verə biləcəyi barədə xəbərdarlıq edib.


Medvedev sosial media hesabından verdiyi açıqlamada ABŞ Prezidenti Trampın “Rusiyanın başına daha pis şeylər gələ bilər və Rusiya Prezidenti Vladimir Putinin odla oynaması” ifadəsini dəyərləndirib.

Medvedev deyib:
"Mən bilirəm ki, həqiqətən də pis bir şey ola bilər və bu, üçüncü dünya müharibəsidir. Ümid edirəm ki, Tramp bunu anlayar".


Tramp bundan əvvəl də bəzi son açıqlamalar verərək, Rusiyanın Ukrayna ilə atəşkəsə nail olmaqda ləng getdiyini əsaslandırıb və bundan narazılığını bildirib.

 

Mənbə: Haber Global
Əminə Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər