“Rusiya-Ukrayna arasında atəşkəsin uzunmüddətli olması ehtimalı çox aşağıdır”
Ukrayna münaqişəsinin nizamlanması məsələsinə dair Ukrayna və ABŞ nümayəndələrinin növbəti görüşü gələn həftə baş tuta bilər.
Bu barədə Ukrayna lideri Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova “İnformator.az”a açıqlamasında bildirib ki, görüşün ABŞ-Ukrayna formatında keçirilməsi son nəticədə atəşkəslə bağlı uğurlu gözləntilərin minnuma endirir:
“Çünki masa arxasında Rusiya və Ukraynın bərabər təmsilçiliyi mütləqdir. Rusiya və ABŞ kontektstində olan danışıqlar , sonrakı formatda Ukrayna və ABŞ kontektsində davam etdirilir. İlk növbədə Putin və Trampın verdiyi bəyanatlar daha çox atkəş yönümlü idi. Rusiyanın atəşkəsə hazır olması ilə bağlı açıq mesajlar ehtiva edirdi. Amma sonrakı mərhələdə Rusiyanın verdiyi bəyanatlar onu göstərdi ki, ABŞ-nin atəşkəslə bağlı olan şərtləri Rusiya qəbul etmir. Bir çox suallar yaradan məqamlar da Putinin bəyanatlarında ifadə olundu.
Bu gün də eyni formatın fərqli yanaşmadan tətbiq edildiyi görünür. Ukrayna və ABŞ kontekstində görüşlər keçirilir. Rusiya bu proseslərdə hər hansısa formada iştirak etmir. Ona görə görüşlərin nəticəsində əldə olunan razılıqların tətbiq olunması, ya da real şərtlər daxilində onların həyata keçirilməsi ehtimalı aşağıdır. İndiki hadisələrin inkişaf xronikası onu göstərir ki, Rusiya ilə Ukrayna arasında hər hansısa formada atəşkəsin əldə olunması çox zəifdir. Hər iki tərəfin proseslərə fərqli baxış və yanaşmaları var. Ukraynanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində ola biləcək tələbləri Rusiya tərəfinin qarşılaya bilməyəcəyi kimi Rusiyanın da hər hansısa istiqamətdə işğal etdiyi ərazilərdən geri çəkilməsi ilə bağlı konstruktiv mövqe nümayiş etdirilməyəcək. Proseslər uzun müddət müzakirə predmeti olacaq”.
Kəmalə Vəliyeva