“Rusiya-Ukrayna arasında da kifayət qədər informasiya savaşı gedir”
Rusiya ilə Ukrayna arasındakı müharibənin bu qədər uzanmasının təbii ki, əsas səbəblərindən biri Ukraynanın müttəfiqlərinin kifayət qədər yardım göstərməməsidir.
Mövzu ilə bağlı politoloq Cavanşir Abbaslı "İnformator.az"a açıqlamasında bildirib ki, kollektiv Qərb müharibə başlandığı ilk günlərdən böyük bir dəstək verəcəyini, hərbi yardım edəcəyini bildirib:
“Amma müharibə müddətindən bu günə qədər də Ukraynanın hava məkanının bağlanmaması eləcə də, Ukraynaya kifayət qədər hərbi yardımlarının edilməməsi onu göstərib ki, Kollektiv Qərb də Rusiyanın tamamilə sıradan çıxmasını, tamamilə məğlub olmasını istəmir. Sadəcə zəifləməsini istəyirlər. Zəifləməsini də istədiyinə görə müharibənin uzanmasında maraqlıdır. Müharibənin də bu günə qədər uzanmasının əsas səbəblərindən biri təbii ki, Amerika başda olmaqda Avropa ölkələridir. Ona görə də müharibənin bundan sonra bir müddətdə uzanması qənaətindəyik. Ukraynadakı itkilər məsələsinə gəlincə, hər iki tərəf kifayət qədər itkilər verir. Yəni hər iki tərəfin ciddi itkiləri var, sadəcə dünyada hazırda bir informasiya savaşı gedir. Ümumiyyətlə, tarix boyu hər bir savaşda informasiya müharibəsi də əsas olunur. Təkcə savaş hərb meydanında getmir. İnformasiya meydanında da gedir. Çünki əleyhinə olan məlumatlar sayəsində ordu və xalq ruh düşkünlüyü yaşayır. Ona görə də informasiya savaşı çox önəmlidir. Hazırda Rusiya-Ukrayna arasında da kifayət qədər informasiya savaşı gedir və buna görə də itkilərin sayı bəlkə də azalır".
Həmçinin eskpert vurğulayıb ki, bu müharibənin ilk günlərində ancaq Rusiya ordusunun itkiləri var idi :
"Hətta bir ara elə bir vəziyyətə gəlib ki, Rusiyanın itkilərinin 1 milyona yaxınlaşdığı deyilirdi, amma Ukraynanın 300-400 min arasında olduğu bildirilirib. Məlumatın doğru olmadığını hər kəs bilib. Çünki müharibə Ukraynanın meydanında gedir, Rusiya kifayət qədər sahəsizdir, zərbələr endirir, doğrudur, amma unutmayaq ki, hücum edən tərəf həmişə çox itki verir. Amma daha bu qədər də çox itki veriləcəyini düşünmürəm. Mülkü əhalidən ölənlər də Ukraynadan idi. Bütün bunlardan çıxış etsək, həmin günlər inanılmırdı və o da doğru çıxıb artıq. Son aylarda itkilərlə bağlı demək olar ki, başa- baş məlumat verilir, hər iki tərəfdən 1 milyona yaxın insanın həyatını bitirməsindən söhbət açılır. Bütün bunlardan çıxış etsək, bu informasiya savaşı müharibənin sonuna qədər daha da sürətli şəkildə davam edəcək. Təkcə Ukraynanın deyil, Rusiyanın da kifayət qədər itkiləri artacaq. Ukraynanın itkiləri Ukraynaya daha çox mənfi yönündən təsir göstərəcək. Çünki Rusiya canlı qüvvə cəhətdən də Ukraynadan qat-qat üstündür, eləcə də Rusiyadan rus milləti olmayanların da döyüşdüklərinə şahid oluruq və onların da itkiləri Rusiyanın ayağına yazılsa da, xalq olaraq bir o qədər itkilərin çox olduğu görüntüsü yaranmır, amma Ukraynada belə deyil. Ukrayna daxilində müharibə aparır, o itkilərin hər birini görür, yaşayır, getdikcə, məzarlıqların sayı artdıqca, bu, özün real formada göstərir. Ukrayna itkiləri təbii ki, artdıqca, müharibədə uzandıqca, Ukraynaya mənfi yönündən təsirlərinin olmayacağı mümkün deyil. Müharibənin uzanmasını isə real görünür. Çünki burada əsas Avropanın məqsədi müharibənin uzanmasıdırsa, demək müharibə uzanacaq.
Bunlar Ukraynanın indiki vaxtda tam şəkildə məğlub olmasına imkan verməyəcəklər. Məğlub olduğunu gördükcə, məğlub olmaması üçün yetərli olan yardımı göstərəcəklər".
Gülcan Salahova
