Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu nə vaxt baş tutacaq?
İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun tarixi məhbus mübadiləsi başa çatdıqdan sonra məlum olacaq.
"İnformator.az"ın TASS istinadən xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Hazırda biz İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının ikinci raundu zamanı əldə olunmuş humanitar razılaşmaların həyata keçirilməsi üzərində işləyirik. Razılaşdırılmış bütün prosedurlar, mübadilə başa çatdıqdan sonra üçüncü raundun tarixini müəyyənləşdirməyin vaxtı çatacaq", - deyə Peskov bildirib.