00:00:00
Yazar
Admin User
16.11.2025 17:22 124 2 dəq oxuma
Siyasət

Rusiya‑Ukrayna müharibəsi sülh yolu ilə başa çata bilər?

Rusiya‑Ukrayna müharibəsi sülh yolu ilə başa çata bilər?

 

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, Rusiya‑Ukrayna müharibəsinin sülh yolu ilə başa çatması hələ də mümkün hesab olunur.

Mövzu ilə bağlı olaraq siyasi şərhçi Kənan Novruzov “İnformator.az “a açıqlamasında bildirib ki, ABŞ müharibəni sülh yolu ilə həll etmək istəyir:

 

“Müharibənin sülh yolu ilə həllinə çalışmaq ABŞ-nin dəyişməyən mövqeyidir və artıq belə desək, bir növ formalaşmış fikridir. Digər tərəfdən, istənilən müharibə sonda sülh ilə bitir və əgər sülh yoxdursa, deməli, müharibə hələ də davam edir. Bu səbəbdən də, müharibənin sonunda sülhün olacağı adi və gözlənilən məsələdir. Yəni əslində, ABŞ qeyri-adi və ya fərqli bir bəyanat səsləndirmir. ABŞ o zaman fərqli bir addım atmış olardı ki, Prezident Donald Trampın dediyi kimi, müharibəni yaxın vaxtlarda sona çatdırsaydı, fərqli addım atardı. Ancaq Tramp bunu bacarmadı və dəfələrlə özünə son tarix qoysa da, bu tarixlərin heç birinə əməl edə bilmədi.
Əslində, Donald Tramp üçün bu məsələ kifayət qədər çətin və mürəkkəb idi. Çünki müharibəni bitirmək üçün bütün vasitələrdən istifadə olunsa da, buna nail olunmadı. Bunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri budur ki, Rusiya və Ukrayna arasında konsensus əldə olunmur və tərəfləri danışıqlar masasının arxasına oturtmaq çox çətindir. Rusiya maksimalist mövqeyindən geri çəkilmir, Ukrayna isə güzəştə getmək istəmir.İkinci məsələ isə budur ki, ABŞ danışıqlar masasına tərəfləri gətirməyə çalışdıqca və sülh üçün səylər göstərdikcə, Avropa bunun əksinə olaraq Ukraynanı silahlandırır və müharibənin uzanmasına səbəb olur. Hazırkı vəziyyətdə ABŞ və Avropanın mövqeləri bir-birindən çox fərqlidir. ABŞ müharibənin bitməsini istəyir, Avropa isə onun davam etməsini. Belə olan halda, tərəflərin danışıqlara başlamasındansa, müharibənin daha da genişlənməsi və perspektivdə Rusiya ilə Avropa arasında daha böyük bir müharibənin başlaması ehtimalı daha real görünür. Təəssüf ki, proses də məhz bu istiqamətdə gedir”.


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər