00:00:00
Yazar
Admin User
29.12.2025 16:38 91 1 dəq oxuma
Siyasət

"Rusiya-Ukrayna müharibəsi üzrə danışıqlar final mərhələsinə yaxınlaşır"

"Rusiya-Ukrayna müharibəsi üzrə danışıqlar final mərhələsinə yaxınlaşır"

 

“Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi üzrə danışıqlar final mərhələsinə yaxınlaşır”.


Bu sözləri ABŞ Prezidenti Donald Tramp Floridada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. O, həm Zelenski, həm də Putinin sülh sazişi bağlamaq istədiyinə inandığını bildirib.

 

Mövzu ilə bağlı olaraq politoloq Xaqani Cəfərli “İnformator.az"a açıqlamasında bildirib ki,əsas mübahisələr qalır və mövcud şəraitdə prosesin gedişi Ukraynanın xeyrinə dəyişməkdədir:


“ABŞ Prezidenti Donald Tramp Mayami yaxınlığlndakı Mar-a-Laqo malikanəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüş sülh prosesində həlledici hadisə olmadı. Trampın danışıqların “final mərhələsinə yaxınlaşması” barədə açıqlaması gerçəklikləri tam əks etdirmir. Rusiya ilə Ukrayna arasında ən həssas məsələlər ətrafında ciddi fikir ayrılığı qalmaqdadır. Buraya ərazilər, təhlükəsizlik, təzminat və hərbi cinayətkarların mühakimə olunması kimi məsələlər daxildir. ABŞ-nin özündə siyasi proseslər Trampa Ukraynaya təzyiqi artırmağa imkan vermir. Məncə, Rusiya da hərb meydanında uğur qazana bilmir. Avropa və Britaniyanın, eləcə də Kanadanın dəstəyinə malik Ukrayna da belə bir vəziyyətdə güzəştə getmək istəmir. Zamanla proses daha çox Ukraynanın xeyrinə dəyişir və bundan sonra da dəyişəcək. Razılaşmanın regional və qlobal təhlükəsizliyə təsiri onun forma və məzmunundan asılı olacaq. Hələlik bu məsələlər aydın olmadığı üçün razılaşmanın mümkün təsirlərindən danışmaq real deyil”.

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər