Rusiya ukraynalı uşaqlardan necə əsgər hazırlayır
Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində məktəblilərə silahdan istifadə etməyi, pilotsuz uçuş aparatlarını idarə etməyi öyrədirlər və onlara Ukraynanın dövlət kimi mövcud olmadığını təlqin edirlər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Siyasi Şərhçi Asif Nərimanlı bildirib ki, Rusiyanın bu məqsədi yəni Ukrayna uşaqlarını bu cür hazırlanması, əslində uzunmüddətli bir planın təkilsizdir:
“Rusiya müharibə başlamamışdan öncə Rusiyada həmişə belə bir fikir var idi ki, Ukraynada, Dnepr'in şərq sahilləri, yəni Rusiya Milli Dombasa daxil olmaqla, onlar girib həmin ərazidə rusdilli olan Ukraynanı xilas edəcəklər. Əslində bu cür yanaşma var idi. Dombas istiqamətində xüsusən rusiyapərəstlər var idi. Lakin bu müharibə Rusiyanın həmin ideologiyasını əlindən aldı. Ukraynalılar bütövlükdə anladılar ki, Rusiyanın məqsədi heç də onların deyək ki, hər hansı bir hüququnu qorumaq yox, ölkələrini işğal etmək idi. Ona görə Rusiyanın Ukrayna üzərindəki ən böyük təsir imkanlarından biri bu idi ki, həmin rusdilli əhali var idi. Bu müharibədə Rusiya indi hazırda işğal etdiyi ukraynalı uşaqların bu cür hazırlanması həm ideoloji, həm də praktiki müstəvidə Ukraynaya qarşı silahlandırılması əslində Rusiyanın həmin rıçaqlarını yenidən bərpa etmək niyyətindən qaynaqlanır. Yəni Ukrayna Rusiya tərəfi gələcək üçün bu ərazilərdə Ukrayna hakimiyyətinə qarşı həm də Ukraynanın dövlət ideologiyasına qarşı düşmən bir nəsil yetişdirir. Bu, həm də o deməkdir ki, Rusiya gələcəkdə belə bu ərazilərin işğaldan azad etmək, işğaldan azad edilməsini qəbul etməyən Rusiya bu əraziləri Ukraynaya qaytarmaq niyyətində deyil. Bu həm də onu təsdiqləyir ki, yəni artıq orada gələcək nəsil ideoloji olaraq formalaşdırılır və bu da o deməkdir ki, Rusiya tərəfi bu əraziləri qaytarmaq niyyətində deyil, əslində bu həm də ona hesablanıb ki, əgər gələcəkdə bu ərazilərin qaytarılması təhlükəsi yaranarsa və yaxud Ukrayna bu əraziləri qaytarmaq üçün hücuma keçərsə, Orada yerli əhali, yəni yerli nəsil Ukraynaya qarşı döyüşsün Ukraynaya qarşı çıxsın. Təbii ki, Rusiyanın bu addımı uşaqların təhsildən kənarlaşdırılaraq silahlandırılması həm ideoloji, həm praktiki müstəvidə silahlandırılması beynəlxalq hüquqa ziddir, uşaq hüquqlarına ziddir. Lakin müharibə başladıqdan sonra mütləq Rusiyanın müharibəsi bir daha dəstəklədi ki, beynəlxalq hüquq bu cür müharibələrdə, yaxud da bu cür müharibədə beynəlxalq hüquq heç vaxt işləmir və Rusiya üçün o qədər də maraqlı deyil“.
Reyhan Quliyeva
