00:00:00
Yazar
Admin User
20.06.2025 17:32 138 1 dəq oxuma
Dünya

"Rusiya Ukraynanın təslim olmasını yox, “yerindəki reallıqların” tanınmasını istəyir"

"Rusiya Ukraynanın təslim olmasını yox, “yerindəki reallıqların” tanınmasını istəyir"

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ukraynanın təslim olmasını tələb etmir, sadəcə olaraq, hazırda “yerində yaranmış reallıqların” tanınmasında israrlıdır. Bu fikirləri o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (PİEF) çərçivəsində keçirilən plenar iclasda səsləndirib.

 

“Biz Ukraynanın təslim olmasına çalışmırıq. Biz sadəcə, torpaqda yaranmış reallıqların tanınmasını istəyirik", – deyə Putin vurğulayıb.

 

Yaxın Şərqdəki vəziyyətə toxunan Rusiya prezidenti bildirib ki, Rusiya həm İsrail, həm də İranla təmasdadır və bu məsələ ilə bağlı müəyyən təklifləri var.

 

Putin qeyd edib ki, bu münaqişənin həllində Qlobal Cənub ölkələri (Asiya, Afrika, Latın Amerikası və s.) də rol oynaya bilər.

 

O əlavə edib ki, bir ölkənin təhlükəsizliyi digər ölkələrin hesabına təmin edilməməlidir.

 

Sonda o bildirib ki, həm İran, həm də İsrail üçün məqbul olan həll yollarını tapmaq mümkündür, amma “prosesə zərər vurmamaq üçün hadisələrdən qabağa qaçmaq olmaz”.

 

Anadolu Agency

Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər